Dekabrın əvvəlində 40 illik yubileyini qeyd edən və bu il “Figma” dizayn platformasını alaraq dizayn dünyasında səs salmağı bacaran “Adobe” 2023-cü ilin yaradıcı trendləri hesabatını yayımlayıb.


6 ildir müntəzəm olaraq yayımladığı trend hesabatında həmin il meydana gələn vizual mədəniyyət temalarını və marka kampaniyalarını təhlil edən “Adobe” məşhur moda dizaynerlərinin kolleksiyalarından tutmuş adi istifadəçilərin yaradıcılığına qədər bir çox mənbədən insaytlar əldə etmək üçün məlumat toplayır. Dünyada 303 milyon insana çatan məzmun istehsalçısı ekosisteminə rəhbərlik etməyi hədəfləyən “Adobe” builki hesabatında 4 yaradıcı trendə diqqət yetirib.


Psixik dalğalar

Pandemiyanın gündəlik həyatımıza olan xoşagəlməz təsiri geridə qalsa da, yaratdığı mental yorğunluq və narahatlıq azalmaq əvəzinə, sabit şəkildə davam edir. Qlobal iqtisadi şəraitin pisləşməsi bu narahatlığı artırsa da, Z nəslinin 46%-i özlərini narahat və stresli təsvir edir. Bu halda da rahatlaşdırıcı və yaxşı hiss etdirən kontentlər bir çox platformada seçilir. “Adobe” bu rahatlama effektinin dizayn dünyasında canlı rənglər və sakitləşdirici qradientləri özündə əks etdirən psixi dalğa vizualları ilə əldə edilə biləcəyini bildirir.

Həqiqət radikaldır

Diqqətlə seçilmiş və ələkdən keçirilmiş kontentə qarşı mübarizə kimi “Adobe” tərəfindən irəli sürülən “Real is Radical” trendi “BeReal” və “Locket” kimi proqramlar tərəfindən başlayan trendin gecikmiş anonsu hesab oluna bilər. Markaların artıq kurasiya əvəzinə, reallığı mənimsəyərək, kampaniyalarında inklüzivliyi və müxtəlifliyi vurğulayan vizuallar istifadə etmək istədiklərini bildirən “Adobe” “Pinterest”in son hesabatına istinad edərək özünü olduğu kimi qəbul etmək və orijinal olmağa yönümlü artan istifadəçi axtarışlarını bu trendin bir hissəsi olaraq göstərir.


Retro aktiv

Əvvəlki nəsillərdə məşhur olan üslubları sınaqdan keçirən və inkişaf etdirən Z nəsli yaradıcılarından ilhamlanan “Retro aktiv” trendi retro və vintaj üslubları araşdırmağa və modernləşdirməyə yönəlib. “Adobe”un fikrincə, bitdiyi ildən bu yana günümüzdən çox da uzaqlaşmayan və hər il bir formada geri qayıtmağı bacaran 90-cı illər 2023-cü ildə “Retro aktiv” trendi ilə bizimlə olacaq. Digər tərəfdən, bu trendin dinamosu Z nəsli olsa da, hesabatda Y nəslinin 42% nisbətlə yaradıcı iqtisadiyyata hakimliyini davam etdirdiyi bildirilir.


Heyvanlar və influnserlər

Animasiyaların illüstrasiyalar, fotoqrafiya və 3D təqdimatlarla birlikdə bir çox sektorda marka mesajlarında hakim mövqeyə çevrildiyini ifadə edən hesabatda son 2 ildə animasiya vizuallarına tələbatın 118% olduğunu bildirir. Virtual influnserlərin real insanlardan 3 qat daha çox “engagement” topladığını vurğulayan “Adobe” markaların getdikcə reklamlarında virtual personajlara daha çox yer verdiyini bildirib. Bu trendə uyğun olaraq 2023-cü ildə ev heyvanları təsvirlərinin və heyvanların karikaturaya bənzər rəsmlərinin dizaynlarda daha çox yer tutması gözlənilir.



Posted 
Dec 27, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All