Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"WhatsApp" qruplarına yeni funksiya gəlir

WhatsApp Online Counter feature

"WhatsApp" qruplarda neçə nəfərin onlayn olduğunu göstərən yeni bir funksiya üzərində işləyir. "WABetaInfo"nun paylaşdığı məlumata görə, funksiya vasitəsilə qrupun yuxarı hissəsində neçə nəfərin onlayn olduğu göstəriləcək.

"Apple" 2nm prosessor üzərində işləyir

iPhone 17 could miss out on 2nm processor | Cult of Mac

"Apple" 2026-cı ildə təqdim ediləcək iPhone 18 Pro modellərində 2nm prosessor istifadə etməyi planlaşdırır. Bu yeni texnologiya cihazların performansını artıraraq enerji istehlakını azaldacaq. Bununla belə, 2nm texnologiyasının istehsal xərcləri yüksək olduğundan, bu, iPhone modellərinin qiymətlərinə əhəmiyyətli təsir göstərə bilər.

Yeni "Honor" modelinin təqdimat tarixi açıqlanıb

New Honor GT coming on December 16 - GSMArena.com news

"Honor" yeni GT seriyalı telefonunu 16 dekabr tarixində Çində təqdim edəcəyini elan edib. Qeyd olunub ki, şirkətin yeni modeli güclü Snapdragon 8 Gen 3 prosessoru və 1.5K OLED düz ekran ilə gələcək. 100W sürətli şarj texnologiyası ilə təchiz edilən bu cihaz, Redmi K80, iQOO Neo 10 və Realme Neo 7 kimi modellərlə rəqabət aparacaq.

"Samsung"un "Galaxy S24" seriyası rekord satışlara nail olub

Ourfriday | Samsung Galaxy S24 Ultra 5G Smartphone (Dual-SIMs, 12GB+1TB) -  Titanium Black

"Samsung"un "Galaxy S24" seriyası 2024-cü ilin ilk 9 ayında təxminən 35 milyon ədəd satılaraq şirkətin son 5 ildəki satış rekordunu qırıb. "Galaxy S24" ilin son rübündə də eyni performansı davam etdirərsə, "Samsung"un ən çox satılan flaqman seriyası ola bilər.

"Toyota"nın yeni elektromobillərinin çıxışı təxirə salınıb

Lexus Debuts Next-Generation Battery EV Concept and Vision for the Future of  Mobility at the JAPAN MOBILITY SHOW 2023 | Lexus | Global Newsroom | Toyota  Motor Corporation Official Global Website

"Toyota" 2026-cı ildə bazara çıxacağı gözlənilən yeni elektrikli avtomobil modellərinin təqdimatını gecikdirəcəyini elan edib. Şirkət Lexus LF-ZC və LF-ZL kimi müasir dizaynlı konsept modelləri 2027-ci ilin ortalarından tez bazara çıxarmayacağını açıqlayıb. Bu qərar yeni istehsal texnologiyalarını daha da təkmilləşdirmək məqsədi ilə verilib.

Posted 
Dec 9, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All