M

ontananın "TikTok" qadağası ilə bağlı tədbirindən sonra, qanunlara qarşı iddialar irəli sürülməyə başlayıb. Məsələn, bir qrup "TikTok" məzmun yaradıcısı bu yaxınlarda proqrama əyalət miqyasında qadağa qoyulmasına görə Montananı məhkəməyə vermişdi. Prosesdə iştirak edən, "TikTok" məzmun yaradıcılarını təmsil edən hüquqşünaslar deyirlər ki, Montana qadağası konstitusiyaya ziddir və "The First Amendment" hüquqlarını pozur. Bundan sonra, "TikTok" özü də boş durmayıb. The Wall Street Journal-ın məlumatına görə, şirkət ABŞ-nin Montana ştatının rayon məhkəməsində ştatın sosial platformasına qoyulan qadağaya etiraz olaraq, iddia qaldırıb.

TikTok sues Montana over law banning the app : NPR

“Biz biznesimizi və Montanadakı yüz minlərlə TikTok istifadəçisini qorumaq üçün Montanada TikTok-a gətirilən qeyri-adekvat qadağaya etiraz edirik”, – deyə məhkəməyə müraciətdə bildirilib.

Posted 
May 23, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All