MENTOS – RECYCLING RACOONS

Amerikalıların yalnız üçdə birinin təkrar emal etdiyini kəşf edən “Mentos” bu insaytdan ilhamlanaraq dörd təlim keçmiş yenotdan ibarət “Raccoon Recycling Force” (RRF) birliyini yaradıb. Hal-hazırda zibil qutularını eşələyən yenotlara zibil qutusu ilə təkrar emal qutusu arasındakı fərq öyrədilərək yenotların zibil qutusundakı karton Mentos paketlərini təkrar emal qutularına atmasına nail olunub. Marka bu yol ilə insanlara təkrar emal etməyin sadə bir iş olduğunu göstərməyi hədəfləyir.

VISIT LAS VEGAS – WHY WOULD YOU?

“Visit Las Vegas” son kampaniyasında valideynləri uşaqsız həftəsonu keçirmək üçün bəhanələr tapmağa çağırır. Bu məqsədlə valideynlərin hiyləgər fəndlərə əl atdığı reklam filminin əsasə mesajı isə belədir: “You can bring your family to Vegas, but why would you?”

PETA – BEWARE THE OCTOCURSE

Amerikanın ən məşhur heyvan hüquqları birliyi olan “PETA” təsərrüfat təhlükəsi altında olan səkkizayaqlılar üçün “The Octocurse” adlı yeni kampaniyasında qara yumorla səkkizayaqlı yeməyin təhlükələrini nəql edir. O, 1970-ci illərin səciyyəvi, gərgin elmi-fantastik televiziya reklamı ab-havasında çəkilən yeni reklam filmində səkkizayaqlı yeyənlərin lənətlənmiş hallarını göstərərək insanları səkkizayaqlı yeməkdən çəkindirməyə çalışır. Birlik bu kampaniya ilə Avropada ilk səkkizayaqlı fermasının inkişafının qarşısını almaq məqsədilə ictimaiyyəti məlumatlandırmağı hədəfləyir.

PIZZA HUT – MELTS

Məlumatların, fotoşəkillərin və şəxsi hekayələrin həddən artıq paylaşılmasını təşviq edən dünyada “Pizza Hut” yeni solo qəlyanaltısı “Melts”i  tamamilə əks yanaşma ilə təqdim edib. Marka "Melts Disclosure Agreement" kampaniyasını yaradaraq bu kampaniyada iştirak edən istehlakçılara məhsul haqqında sosial mediada paylaşım etməməkləri üçün 100 dollar ödəməyi təklif edir. Kampaniya çərçivəsində sosial mediada məhsulla bağlı paylaşım etməməyi bildirən MDA (Melts Disclosure Agreement) müqaviləsini imzalayanlar müsabiqədə 100 dollar qazanma şansı qazanır. Marka bu kampaniyası ilə məhsuldan yalnız bir insanın həzz ala biləcəyini vurğulayır.

Posted 
Oct 23, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All