u gün post şərhlərində mətn əvəzinə, “GIF”lərdən istifadə xüsusiyyəti aktivləşdirilib. Şirkətin rəhbəri Adam Mosseri tərəfindən elan edilən və tezliklə hər kəs üçün aktivləşdiriləcək bu xüsusiyyətdə, əsasən “Giphy”dən GIF-lərin istifadəsinə izn veriləcək. İnstaqramın sahibləndiyi və sıralarına qatdığı “Giphy” ən son gözlənilməz xəbərlərlə gündəmə gəlmişdi. Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi keçən il təəccüblü bir addım ataraq, sənayedə rəqabət qıtlığı yaratdığı üçün “Meta”dan “Giphy”ni satmağı istəmişdi, lakin bildiyimizə görə, indiyədək bu istək hələ də baş tutmayıb.
“Leave a note”lara avatar əlavə etməyi də sınaqdan keçirən “Instagram”, yaxın aylarda insanlara süni intellektdən istifadə edərək xüsusi stikerlər yaratmağa imkan verəcək. “Instagram”, həmçinin hər kəsin görə biləcəyi məzmunları bir araya gətirəcək yeni qrup hekayələri sistemini aktiv şəkildə sınaqdan keçirir. Bu sistem sayəsində bir hekayə paylaşımına birdən çox adam əlavə edilə biləcək və yalnız icazəsi olanlar bu hekayəni görə və paylaşım edə biləcəklər.
Şərhlərdə GIF-lərə icazə verməklə yanaşı, Instagram, Telegram-dakı kanallar xüsusiyyətinə bənzər “Instagram Channels” adlı daha bir yeni funksiya barədə də açıqlama verib. Bu xüsusiyyət istifadəçilərə məzmun yaratmağa, kanala qoşulmağa və böyük auditoriya ilə paylaşım etməyə imkan verəcək. Bu funksiya da tezliklə bütün məzmun yaradıcıları üçün əlçatan olacaq.