Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Google" yeni AI modellərini tanıtdı

Google launches Veo and Imagen 3 generative AI models on Vertex AI for  businesses

"Google" "Vertex AI" platformasında iki yeni AI modelini təqdim etdi: "Imagen 3" və "Veo". "Imagen 3" mətndən istifadə edərək təsvirlər yaradır, "Veo" isə həm mətn, həm də təsvirlər əsasında animasiyalar hazırlayır. Hər iki model "DeepMind"in "SynthID" sistemi ilə zərərli məzmun yaradılmasının qarşısını alan təhlükəsizlik filtrləri ilə təchiz olunub.

"Riot Games" "Project K"ni elan edib

"Riot Games" məşhur "League of Legends" dünyasını genişləndirmək məqsədilə yeni bir oyun təqdim edib. "Project K" adlanan bu oyun, fiziki kart oyunu formatında olacaq və ilk olaraq 2025-ci ildə Çin bazarına çıxarılacaq. Şirkət oyunun qlobal bazarlara da çatdırılması üçün işlərin davam etdiyini vurğulayıb. Oyunun mexanikası haqqında ətraflı məlumat verilməsə də, “unikal oyun təcrübəsi” təqdim edəcəyi bildirilib.

"The Outlast Trials" üçün böyük yeniləmə gəlir

"The Outlast Trials" oyunu üçün "Project Breach" adlı böyük bir yenilənmə 10 dekabrda təqdim ediləcək. Bundan əlavə, yeni Ex-Pop üzvü və jammer cihazı oyundakı müxtəlifliyi artıracaq.

"OpenAI" yeni "o1" modelini təqdim etdi

"OpenAI" şirkəti "o1" adlanan süni intellekt modelinin test mərhələsini başa çatdıraraq bütün "ChatGPT" istifadəçilərinə təqdim etdi. Yeni model əvvəlki versiyalara nisbətən daha sürətli və dəqiq cavablar vermə qabiliyyətinə malikdir. Ən diqqətçəkən yeniliklərdən biri isə istifadəçilərin "o1" vasitəsilə vizual materiallar yükləyərək suallarına daha ətraflı cavablar ala bilməsidir. Model şəkilləri analiz edərək məzmununu anlayır və əldə etdiyi məlumatlarla yaradıcı cavablar təqdim edir.

Android 15-in ilk böyük yenilənməsi təqdim olundu

When will my phone get Android 15? Here's everything we know | Digital  Trends

"Google" Android 15-in ilk böyük yenilənməsini (QPR1) təqdim edib. Yenilənmə sosial media videolarından mesajlaşma proqramlarına qədər istifadə oluna bilən "Expressive Captions" kimi videolar üçün daha zəngin altyazı funksiyası ilə diqqət çəkir. "Lookout" tətbiqinə əlavə olunan "Gemini 1.5" süni intellekti, görmə məhdudiyyəti olan şəxslər üçün fotolardakı obyektləri və üz ifadələrini daha ətraflı təsvir etməyə imkan verir.

Posted 
Dec 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All