"

LTC Angels Network” 16 iyundan fəaliyyətə başlayıb. Klub investorları və erkən mərhələdə olan startapları bir araya gətirməyi hədəfləyib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılan klub innovativ biznesləri və investisiya etmək istəyən investorları yeni əməkdaşlıqlar üçün ortaq məqsədlərə çağırır. Ən vacib məqamlardan biri isə startap təsisçilərinin kluba üzv olan investorlar tərəfindən 5000 ABŞ dolları ilə 50 000 ABŞ dolları arasında investisiya fürsəti əldə etməsidir.

“Instagram”a süni intellektlə rəy yazma özəlliyi gələ bilər

Proqramçı A.Paluzzi bu gün Twitter hesabında paylaşdığı ekran görüntüsü ilə Instagram-da şərhlər bölməsində yer alacaq yeni süni intellekt özəlliyi barədə açıqlama verib. Paylaşılan görüntüdə mətn panelindəki kiçik profil şəklinin yerinə süni intellekti simvolizə edən düymənin əlavə edildiyini görürük. Paluzzinin sözlərinə görə, bu düyməyə toxunduğunuz zaman süni intellekt sizin əvəzinizə şərh yazır.

14 yaşlı “SpaceX” mühəndisinin hesabı “LinkedIn” tərəfindən bloklanıb

LinkedIn Deletes Account Of Kairan Quazi As He's Not 16 Yet

Kairan Quazinin hesabı 2 il müddətinə “LinkedIn” tərəfindən məhdudlaşdırılıb. “LinkedIn” siyasətinə görə, yaş məhdudiyyəti minimum 16-dır. Məhdudiyyətə həm Kairan Quazi, həm də texnologiya şirkətləri reaksiya veriblər. “Necə olur ki, dünyanın ən məşhur şirkətlərindən biri olan “SpaceX”də çalışa bilirəm, amma “LinkedIn”də hesabım ola bilməz”, - deyə Kairan Instagram hesabı ilə “LinkedIn”i tənqid edib.

“Apple”dan ekran cızıqlarına son qoyacaq yeni patent sövdələşməsi

Buy iPhone 14 Pro and iPhone 14 Pro Max - Apple (UK)

Məlumatlarda deyilir ki, “Apple” bu yaxınlarda ABŞ Patent İdarəsinə müraciət edərək “Spatial Composites” adlı texnologiya üçün patent tələb edib. Cihazlarını daha davamlı hala gətirmək istəyən texnologiya nəhənginin yeni patenti sayəsində cızılma problemləri aradan qalxacaq. Deyəsən, “Apple” patentləşdirdiyi ekran özəlliyini, xüsusilə, MacBook, iPhone iPad-lərdə istifadə edəcək. Cihazlardakı bu problemin aradan qaldırılması ilə istifadəçi təcrübəsinin yaxşılaşacağı istisna olunmur.

“Amazon” reklamlara rekord həddə pul xərcləyib

Amazon, reklamlara rekor büyüklükte para harcadı

“Amazon” 2022-ci ildə dünya üzrə reklam və təqdimat xərclərini 22 % artıraraq20,6 milyard dollara çatdırıb. Şirkət 2020-ci ildə 10,9 milyard dollar xərcləyib. Bu sahədə illik xərcləmə rekordunu qıran “Amazon” 365 günün hər birinə orta hesabla 56 milyon dollar xərcləyib. 2022-ci ildə firmanın reklam xərcləri qlobal reklam xərclərinin 2 %-ni təşkil edib. “Ad Age Datacenter”in məlumatına görə, “Amazon” 1995-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri reklam və təqdimata 95 milyard dollar ayırıb və 2,7 trilyon dollar xalis satış görüb. “Amazon”un reklam və təqdimetmə xərclərinin və xalis satışlarının yarıdan çoxu son 3 ildə baş verib.

Amazon Advertising

Jeff Bezos 2009-cu ildə deyirdi ki, reklamlardan gözləntilərim çox da yüksək deyil. 2022-ci ildə isə “Amazon” dünyanın ən böyük reklamçı şirkəti idi. Məsələn, “Amazon” 2022-ci ildə Scarlett Johanson-un iştirak etdiyi “Superbowl” reklamına 26 milyon dollar xərcləmişdi. Bu “Superbowl” tarixinin ən bahalı reklamı sayılır. Amazon, həmçinin “Twitter” reklamlarına 100 milyon dollar xərcləyərək, “Twitter”in ən böyük reklamçıları arasındadır. Bu xərclərin timsalında “Amazon” reklamlardan 38 milyard dollar gəlir əldə edib.

 WhatsApp”da tətbiq daxilində dəstəklə yazışa biləcəksən

WhatsApp uygulama içi sohbet

“WhatsApp”da hazırda platforma ilə bağlı problem yarandıqda imeyl ünvanından istifadə edərək əlaqə saxlaya bilirsən. Şirkət bu prosedur daha sadə olsun deyə, yeni funksiyanın test mərhələsini başladıb. Dəstəklə tətbiqdaxili yazışma üstünlüyü ilə bundan sonra platformada gündəlik yazışmalar kimi kömək istəmək mümkün olacaq. Yenilik hazırda “Windows”da sınaqdan keçirilir. Windows 2.2322.1.0 üçün “WhatsApp”ın beta versiyasından istifadə edirsənsə, bu funksiyadan yararlana bilərsən.

Səudiyyə Ərəbistanı 500 milyon dollarlıq “E-Sport City” tikəcək

Saudi Arabia announces US$500M E-Sports City in Riyadh - Hotelier Middle  East

Açıqlamada deyilir ki, “E-Sports City” dünyanın hər yerindən böyük komandalarla yanaşı, oyunçuları da cəlb edəcək. Bundan əlavə, bu, yerli istedadlara öz bacarıqlarını artırmaqdünya miqyasında rəqabət aparmaq üçün böyük fürsətdir. Burada bir sıra e-sport yarışları, o cümlədən beynəlxalq kiber oyunları keçiriləcək. Arena 20 000 tamaşaçı tutumuna malik olacaq. Layihə bu yaxınlarda “Saudi Arabia Holding”in CEO-su Mohammed Al Qahtani tərəfindən elan olunub.

Posted 
Jun 19, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All