zərbaycan startapı "Locavis" mobil tətbiqi ilə avtomobil icarəsini daha da asanlaşır. Şirkətin məqsədi dünyanın hər yerində "car share" və transportu məkanın və ya ölkənin dəyişilməsindən asılı olmayaraq asan və əlçatan etmək, qiymətlərinin ucuz və keyfiyyətliliyini təmin etmək, rəqəmsal bazardan gəlir əldə etmək üçün yeni sahə yaratmaq və ekoloji cəhətdən təmiz və zərərsiz enerji növlərindən istifadəyə təşviq etməkdir.
"Locavis" qlobal istiləşmə probleminin də fərqindədir.
Belə ki, insanların transporta olan tələbatını və nəqliyyatın əlçatan və ucuzluğu təmin edilərək onların şəxsi avtomobil sahibi olmaq üçün zəruri hesab etdikləri halları aradan qaldırır. Nəqliyyatın fərdi istifadəsi, geniş növ seçimi və zaman məhdudiyyəti olmaması onları şəxsi avtomobil barədə heç düşündürməyəcək. Belə ki, elektrikli və digər "Green Vehicles" adlanan kateqoriyadakı avtomobillərə verilən üstünlük, aşağı faiz komissiya və vətəndaşlar tərəfindən artan tələbat digər avtomobil sahiblərini də bu kateqoriyaya keçməyə təşviq edəcəkdir. Belə ki, avtomobil paylaşan şəxslərə müəyyən üstünlük və imkanların yaradılması geniş şəkildə nəzərdə tutulmuşdur.
Locavis ilə istər maşınını kirayəyə verə bilər, istər də ehtiyacınıza uyğun maşını kirayəyə götürmək olur.
Hal-hazırda "App Store" və "Play Store"da istifadəçilərə təqdim edilən tətbiqetməni endirib, xidməti yoxlaya bilərsiniz.