Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elon Musk "Disney"də icraçı oldu!

Bu Elon Musk-ın 1 aprel zarafatı idi. Onun yazısı kifayət qədər aydın olsa da, o, bunun aprel zarafatı olub-olmadığını açıqlamayıb. Ancaq söhbət Elon Musk-dan gedirsə, paylaşımın tarixini nəzərə aldıqda ortada bir zarafatın olduğu məlumdur.

Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı naməlum hakerlər tərəfindən ələ keçirilib

The True Definition Of Hacking Within The Computer Science Field | Sacred  Heart University

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib. Bu barədə qurumun "Facebook" hesabında bildirilib. Bununla belə, izləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunub.

Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“OpenAI” hesabı olmadan “ChatGPT” istifadə etmək mümkün olacaq

OpenAI ChatGPT Free Instant

OpenAI-nin hələlik müəyyən bölgələrdə təqdim etdiyi yeni sistemdə istifadəçilər xüsusi OpenAI hesabı yaratmadan ChatGPT-dən istifadə edə biləcəklər. ChatGPT öz modellərini daha da inkişaf etdirmək üçün bu söhbətlərdən əldə edilən məlumatlardan istifadə edəcək, lakin istəyənlər məlumatlarının toplanmasının qarşısını ala bilər. Bunun üçün ekranda sual işarəsi düyməsini sıxmaq və məlumat toplama seçimində icazələri silmək kifayətdir.

Əmək müqavilələrinin onlayn formada imzalanması istiqamətində növbəti addım atılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşəbbüsü ilə Əməyin Məşğulluğu Alt Sistemində (ƏMAS) əmək müqavilələrinin onlayn imzalanmasının kütləvi tətbiqində əhəmiyyətli irəliləyiş əldə edilib.

“AzInTelecom”un təqdim etdiyi  SİMA yeni nəsil rəqəmsal imza  İRİA-nın dəstəyi ilə DOST RİM tərəfindən Əməyin Məşğulluğu Alt Sisteminə (ƏMAS) uğurla inteqrasiya olunub. Artıq  işçilər ƏMAS platformasında işəgötürənlər tərəfindən hazırlanan əmək  müqaviləsini “SİMA İmza” vasitəsilə onlayn şəkildə imzalaya biləcəklər.

Funksionallığın tətbiqi zamanı əvvəlcə işəgötürən tərəfindən işçinin məlumatları ƏMAS-a daxil edilərək elektron müqavilə sənədi formalaşdırılır. Daha sonra işçinin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilir və müqavilə sistem üzərindən işçiyə göndərilir. Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına “SİMA İmza” ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir. Sonda isə işəgötürən tərəfindən müqavilə elektron imza ilə təsdiq edilərək sistemə daxil edilir və proses bitir.

Sözügedən funksionallıq Rəqəmsal İnkişaf və Nəqliyyat, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin tabeliyindəki qurumlarda tətbiq olunub. Hazırda bu prosesin bütün qurumlarda tətbiqi istiqamətində iş aparılır.

Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  tərəfindən ölkədə rəqəmsallaşmaya tam keçidin təmin edilməsi məqsədilə kağızsız hökumətin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi davam etdirilir. Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu addımların əsas məqsədi sənədləşmə prosesində istifadə olunan kağız sayının minimuma endirilməsidir. Elektron imzanın ölkə miqyasında istifadəsini artırmaq və gücləndirmək bu səylərin əsasını təşkil edir.

iPhone SE 4-ün dizaynı ortaya çıxıb

iPhone SE 4

ABŞ-ın texnologiya nəhəngi Apple-ın bir müddətdir üzərində çalışdığı sərfəli iPhone SE 4 ilə bağlı yeni bir inkişaf var. Telefonun dizaynını ortaya qoyan bəzi görüntülər sızdırılıb. Majin Bu adlı şəxs tərəfindən paylaşılan görüntü telefonda böyük dizayn dəyişikliklərinin olacağını ortaya qoyub.

Apple iPhone SE 4

iPhone SE 4 üçün paylaşılan maket şəkillər, qarşıdan gələn smartfonun iPhone 14 seriyasına bənzəyəcəyi iddialarını gücləndirir. Telefonun arxa hissəsinin paylaşılan görüntülərinə baxdığımızda iPhone SE 4-ün tək kamera quruluşuna sahib olacağını görürük. Bu kameranın düz yanında LED fənəri olacaq. iPhone SE 4 çox güman ki, gələn il üçün planlaşdırılır.

Türkiyə istehsalı "IMARO" bir gündə 20 dəfə çox dəyər qazanıb

IMARO coin

Türk developerlər tərəfindən satışa çıxarılan İMARO adlı meme coin bir neçə gün ərzində 20 dəfə qiymətləndirilib. Bu yaxınlarda mövzu ilə bağlı paylaşım edən Metin Redjepi IMARO-da ümumi həcmin 1,5 milyon dolları keçdiyini bildirib. Başqa sözlə, investorlar bu kriptovalyutaya 1,5 milyon dollar kimi böyük məbləğdə pul yatırıblar.

Posted 
Apr 2, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All