Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Avropa İttifaqı "X"dən sonra "TikTok"la bağlı araşdırmaya başladı

TikTok

Avropa İttifaqı "TikTok" tətbiqini uşaqların müdafiəsi və şəffaf reklam qaydalarının pozulması səbəbi ilə araşdıracaq. Avropa İttifaqının sənaye rəhbəri Thierry Bretonun verdiyi açıqlamaya görə, qərar "TikTok"un videoları ilə bağlı risk analizlərindən və məlumat sorğularına cavablardan sonra qəbul edilib.

IM-1 Ay missiyası çərçivəsində Yerin görüntüləri paylaşılıb

"SpaceX"in "Intuitive Machines" şirkətinin Odysseus kosmik gəmisini Aya göndərdiyi missiya çərçivəsində Yerin görüntüləri paylaşılıb. Texasda yerləşən "Intuitive Machines" ötən gün sosial mediada dörd şəkil paylaşıb. Paylaşılan şəkillərin birində "SpaceX"in Falcon 9 raketinin kosmik gəmidən ayrıldıqdan qısa müddət sonrakı anı da görüntülənib.

"Kapital Bank" süni intellekt xidmətində rəqiblərindən önə keçib

Kapital Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR - FED.az

"Kapital Bank" ASC süni intellektin köməyilə təqdim etdiyi xidmətlərin sayını artırıb. Artıq bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.

Bu barədə "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov Linkedin sosial şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.

Bankın İdarə Heyətinin sədri bildirib ki, bu gün süni intellekt əsaslı texnologiyalar şirkətlərə müxtəlif istiqamətlərdə xidmət keyfiyyətini maksimallaşdırmaq üçün saysız imkanlar yaradır:

"Biz də bir neçə ildir ki, önəmli addımlar ataraq, süni intellekt əsaslı texnologiyalara investisiya edir, xidmət sahəsində tətbiq etdiyimiz innovasiyalar ilə seçilirik. Belə ki, ötən ilin sonu süni intellekt ilə gücləndirilmiş zəng və "Çat" sorğu xidmətini müştərilərimizin istifadəsinə verdik. Bu texnologiya sayəsində müraciət edən müştərilərimiz 1 saniyədən də az vaxtda sorğularına cavab alırlar. Bugünədək "Çat" sorğularının 53%-i insan köməyi olmadan həllini tapıb.
Müştəri sorğularına uyğun olaraq özünü təkmilləşdirən bu xidmətlə kart balansının və kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi əməliyyatları icra etmək mümkündür.
Əminəm ki, bütün bu təşəbbüslərimiz müştərilərimizə daha sürətli və keyfiyyətli xidməti təmin edəcək".

İRİA, ATU və “Nokia” arasında görüş baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texnologiya Universiteti (ATU) və "Nokia Azərbaycan” şirkətinin nümayəndələri arasında üçtərəfli görüş keçirilib. İRİA-nın təşəbbüsü ilə “Technest” Təqaüd Proqramı çərçivəsində baş tutan görüşdə birgə əməkdaşlıqda mövcud vəziyyət və gələcəkdə görüləcək işlər müzakirə edilib.

Danışıqlarda ATU-da qurulacaq laboratoriyaya xüsusi diqqət çəkilib və bu laboratoriyanın universitet tələbələri arasında tədqiqatın və innovativ təfəkkürün inkişafında mühim rol oynayacağı qeyd olunub. Yekunda "Nokia Azərbaycan” şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması haqqında razılıq əldə edilib.

 Qeyd edək ki, “Technest” Təqaüd Proqramı çərçivəsində həmçinin, universitetə avadanlıqlar da ianə edilib. 3D printer, proyektor, kompüterlər və digər avadanlıqların təqdimatında iştirak edən tələbələr öz startup layihələrini təqdim ediblər.

Bir sərnişin təyyarə bileti alarkən süni intellektli çatbot tərəfindən aldadılıb

Dünyanın ən məşhur aviaşirkətlərindən birinin süni intellektli çatbotu sərnişini sözün əsl mənasında aldadıb. Jake Moffatt adlı sərnişin çatbotun verdiyi məlumata əsasən endirimli uçuş bileti alacağını düşünürdü. Air Canada aviaşirkətinin internet saytında süni intellektli çatbotu ilə danışan Moffatt endirimli uçuş bileti alacağını düşünsə də, bilet üçün 600 dollar ödəməli olub. Pulunu geri ala bilməyən sərnişin robot tərəfindən aldadıldığını anlayıb. Kanada məhkəməsi bu yaxınlarda hadisə ilə bağlı lazımi məbləğin zərərçəkənə qaytarılmasına qərar verib.

Posted 
Feb 20, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All